Andrologiya və Reproduktiv Təbabət Assosiasiyası Haqqında

Andrologiya və Reproduktiv Təbabət Assosiasiyası 28.12.2007-ci ildə yaradılmış bir ictimai birlikdir. Assosiasiyanın yaradıcıları t.e.d. İ.S. Əhmədov və AMEA-nın müxbir üzvü, prof. S.B.İmamaverdiyevdir. Təşkilatın yaranmasında məqsəd Azərbaycanda andrologiya elminin inkişafına dəstək vermək, Azərbaycan androloqlarının birliyini yaratmaq, elmi araşdırmalar aparmaq, gənc mütəxəsislər hazırlamaq, gənc həkimlər üçün praktik və nəzəri kurslar təşkil etmək, həmçinin həkimləri xarici ölkələrə ixtisaslaşma kurslarına göndərmək, beləliklə, Azərbaycan genofondunun reproduktiv sağlamlığını qorumaq və həkimlərin elmi və praktik biliklərini dünya standartlarına uğunlaşdırmaqdır.

Assosiasiya yarandığı gündən bu günə qədər xarici alimlərin iştirakı ilə 8 elmi simpozium və konqres təşkil etmişdir. Bundan başqa ildə 3 dəfə olmaqla dəyirmi masalar təşkil edilir. Hal-hazırda ARTA-nın uroloq, ginekoloq, androloq, seksopatoloq və dəri zöhrəvi həkimləri olmaqla 128 üzvü vardır.

ARTA-nın 31.05.2014 tarixində təşkil etdiyi VIII Simpoziumda səsvermə yolu ilə yekdilliklə gələcək 5 ildə Assosiasiyanın idarə heyəti seçilmişdir.

 

Sədr:

t.e.d. İ.S.Əhmədov

Fəxri sədr:

AMEA-nın müxbir üzvü, prof. S. B. İmamverdiyev

Üzvlər:

Vasif İsmayıl

Elçin Əfəndiyev

Rauf Rzayev

Rizvan Hüseynov

Mənsur Xəlilov

Bölmələr:

1. Kişi sonsuzluğu sektoru: Cavid Baloğlanov

2. Qadın sonsuzluğu: Natəvan Axundova

3. Kişi cinsi sağlığı: Fikrət Əhmədov

4. Qadın cinsi sağlığı: Aidə iskəndərova

Gənc Həkimlər sektoru:

1. Anar Əhədov-Uroloji patalogiyalar sektorunun rəhbəri

2. Araz İbrahimov- Gənc asistanlar qrupunun rəhbəri

3. Cavid Əhmədzadə-Rezidentlər sektorunun rəhbəri

4. –Tələbələr ilə iş sektorunun rəhbəri