Cİnsiyyət üzvünün qırılması, sidik kanalının tam cırılması

Xəstə 39 yaşında. Daxil olarkən şikayətləri: cinsiyyət üzvündə kəskin ağrılar və şişkinlik. Anamnez: 4 saat öncə cinsi əlaqə zamanı ehtiyatsızlıq. Fiziki baxış: cinsiyyət üzvündə şişkinlik, hematoma və sidik kanalının xarici dəliyində qan, sidik ləngiməsi

11011807_10206427108260503_4243997123864096297_n_1

Əməliyyatdan əvvəlki diaqnoz: Cinsiyyət üzvünün qırılması, sidik kanalının zədələnməsi ?

Xəstə lazımi hazırlıqlardan sonra əməliyyat masasına verildi. Cinsiyyət üzvünün tac şırımından 1 sm proksimala dairəvi kəsik aparıldı.

IMG_2015

Cinsiyyət üzvünün dərisi sıyrıldı (degloving). Hematoma boşaldıldı. Təftiş zamanı tac şırımdan təxminən 4 sm distalda hər iki mağaralı cismin arxa səthinin köndələn yırtılması, uretranın tam cırılması müəyyən olundu.

IMG_2029

Öncə mağaralı cismlər tikildi, daha sonra foley kateteri üzərində sidik kanalı uc-uca anastomoz olundu.

IMG_2039

IMG_2049

Papaverinlə süni ereksiya yaradıldı. Mağaralı cismlərin hermetik tikilməsi və əyriliyin olmaması dəqiqləşdirildi.

IMG_2057

Sonda dərialtı qişalar və dəri tikildi.

IMG_2073

Əməliyyatdan sonrakı diaqnoz: Cinsiyyət üzvünün qırılmasi, sidik kanalının tam cırılması.

Qeydlər: cinsiyyət üzvünün sınması  nadir hallarda sidik kanalının tam cırılması ilə müştərək rast gəlinir.