ESSM 2015 - Avropa Seksual Tibb Cəmiyyətinin 17-ci konqresi

ESSM 2015 – Avropa Seksual Tibb Cəmiyyətinin 17-ci konqresi 05 – 07 fevral 2015 tarixində 10 ildən sonra yenidən Danimarkada keçiriləcək. Konqres Danimarkanın paytaxtı Kopenhagendə Bella Mərkəzində (Bella Center) baş tutacaq. Konqresin təşkilatçıları Avropa Seksual Tibb Cəmiyyəti və Skandinaviya Seksual Tibb Cəmiyyətidir.

"ESSM" konqresinə Bella Mərkəzi ev sahibliyi edəcək . Konqresin hədəfləri həm optimal elm və təhsil proqramlarını təqdim etmək, həm də seksual tibb sahəsini inkişaf etdirmək olacaq. Konqresdə hər iki cinsi və bütün cinsi orientasiyaları əhatə edən edən suallar müzakirə olunacaq. Ən son yeniliklər vurğulanacaq. Buna nail olmaq üçün, konqresə tanınmış ekspertlər və bu sahədə yeni parlayan ulduzlar cəlb olunacaq..” – Avropa Seksual Tibb Cəmiyyətinin direktoru David Ralf xoş gəldin məktubunda qeyd etmişdir.

Konqresin rəqəmsal bukletini bu ünvandan yükləmək olar.

Konqresin rəsmi saytı - http://www.essm-congress.org/

mmm

Bella Mərkəzi (Bella Center) - Kopenhagen Konqres Mərkəzi, Mərkəzi Bulvar 5, Kopenhagen, Danimarka