Telefon: | (+994 50) 327-10-36 |
Whatsaap: | (+994 50) 327-10-36 |
E-mail: |
28 fevral 2015 tarixində Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının təşkilatçılığı və Baku Medical Plaza klinikasının sponsorluğu ilə "Kişi və qadın sonsuzluğu" mövzusunda dəyirmi masa keçiriləcək. Dəyirmi masada 100-ə yaxın uroloq, androloq, ginekoloq və dəri-zövrəhi həkiminin iştirakı nəzərdə tutulur. Mövzu ətrafında tibb elmləri doktoru İlham Əhmədov, dr. Abdullah Arman Özdemir, uzman dr. Bəxtiyar Hüseynov, dr. Elnurə Mustafayeva, dr. Mustafa Ekinci, dr. Rauf Rzayev və dr. Elvin Cabbarlı çıxış edəcəklər. Dəyirmi masada kişi və qadın sonsuzluğuna, o cümlədən reproduktiv təbabətin ən aktual problemlərindən olan azoospermiyalı xəstələrə müasir yanaşma, ən son müayinə və müalicə üsulları və yardımçı mayalanma metodları müzakirə olunacaq.
Dəyirmi masa 28.02.2015 tarixində Baku Medikal Plaza klinikasında keçiriləcək. Dəyirmi masanın proqramı ilə ətraflı tanış olmaq üçün buraya daxil olun
Baku Medikal Plaza, Bəbək pr-ti 92N, Xətai r-nu, Bakı, Azərbaycan. Tel: +994 (12) 4044190, +994 (55) 3722657