TƏRƏFDAŞLARIMIZ

BİZİM ÜNVAN

Telefon:

(+994 50) 327-10-36

Whatsaap:

(+994 50) 327-10-36

E-mail:

office@arta.az

 

Azərbaycan Uroloq və Androloqlarının IX simpoziumu

Azərbaycan Uroloq və Androloqlarının ənənəvi IX simpoziumu 5-7 iyun tarixlərində Azərbaycanın qədim tarixə və əsrarəngsiz təbiətə malik bölgəsi olan Qəbələdə keçiriləcəkdir. Simpoziumun təşkilatçısı Andrologiya və Reproduktiv Təbabət Assosiasiyası, baş sponsoru isə LOQOS Psixoloji və nitq mərkəzidir. Simpozium 2 gün davam edəcək. Keçən olduğu kimi bu il də simpozium Qəbələ Resort Hoteldə baş tutacaq. Simpoziumda 250-ə yaxın uroloq, androloq, ginekoloq, seksapatoloq və dəri-zöhrəvi həkimlərinin iştirakı nəzərdə tutulur. Simpoziumun məqsədi aktual uroloji və androloji problemlərin geniş müzakirəsini aparmaq, yeniliklərlə tanış olmaq və şəxsi təcrübələri paylaşmaqdır.

7-9 iyun tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahi Klinikasında TurkUrolap-ın təşkil etdiyi 32-ci Beynəlxalq Tətbiqi Laparoskopik Urologiya kursu keçiriləcəkdir.

İştirak etmək istəyən həkimlər və sponsorluq etmək istəyən şirkət və firmalar 1 may 2015-ci tarixədək müraciət etsinlər.

Əlaqə telefonları: +994503271036, +994503819111, +994558865040

E-mail: office@arta.az

 

Simpoziumun siqnal proqramını təqdim edirik. (simpoziumun_tam_proqrami)

Mövzu: A-dan Z-yə Uro-Andrologiya

Simpoziumun sədri: AMEA-nın müxbir üzvü, prof. S.B. İmamverdiyev

Laparoskopik kursun təşkilatçısı: Türk UROLAP

Həmsədr: prof. K.İ.Abdullayev, prof. İ.Fiqarov, prof. Samir Cavadzadə

Elmi katib: t.e.d. İ.S.Əhmədov
(+994503271036, doctor.ilham@hotmail.com)

Iştirakçıların sayı: 300 nəfər

Baş sponsor: LOQOS Psixoloji və Nitq Inkişaf Mərkəzi

Sponsorlar: Welfar, AVİS, GlaxoSmithKline, Ascot, AK- Company, Endomed, Sultan Məcunu, Eurosilicone

Təşkilati dəstək: AUA(SKV), ARTA, ATU, ATU Cərrahi Klinikası, Med Era Hospital

Yayın və media dəstəyi: “Çox Yaşa” TV proqramı

Simpoziumun tarixi və yeri: 5 iyun 2015, “Qafqaz Resort Hotel” Qəbələ

İştirak haqqı: 200 AZN (İştirak, 2 günlük otel rezervasiyası + yeməklər, qala yeməyi, sosial proqram)

Əlaqə: Dr.Elvin: +994 50 381 91 11; Dr. Qabil: +994 55 886 50 40; E-mail: office@arta.az

 

5 iyun

Bakıdan Qəbələyə çıxış: 16:00 “20 Yanvar” dairəsindən (xüsusi avtobusla və ya şəxsi avtomobillərlə)

Qəbələyə çatma vaxtı və otelə yerləşmə: 19:00 - 19:30

Şam yeməyi: 20:00 - 23:00

6 iyun

Qeydiyyat: 08:30-09:00

Simpoziumun başlanma vaxtı: 09:00

Nahar yeməyi: 13:00 - 14:00

Simpoziumun bitmə vaxtı: 16:00

Futbol və voleybol turniri: 18:00-19:00

Qala yeməyi: 20:00 - 23:00

Diskoteka: 23:00

7 iyun

Sosial program:        

Futbol və voleybol turniri (Final)

“Tufandağ”da Kanat gəzintisi.

            “Nohurgöl” səfasında çay süfrəsi

            “Yeddi gözəl” şəlaləsinə səyahət

 

Qafqaz Resort Hotel