TƏRƏFDAŞLARIMIZ

BİZİM ÜNVAN

Telefon:

(+994 50) 327-10-36

Whatsaap:

(+994 50) 327-10-36

E-mail:

office@arta.az

 

Andrologiya

İlham Əhmədov və AMEA-nın müxbir üzvü, Azərbaycan Uroloqlar
Assosiasiyasının (AUA) sədri, Andrologiya və Reproduktiv Təbabət
Assosiasiyasının (ARTA) fəxri sədri, ATU-nun Urologiya kafedrasının müdiri
t.e.d. prof. Südeyf İmamverdiyev tərəfindən yazılmış Azərbaycan dilində ilk “Andrologiya” dərsliyi artıq çapdan çıxmışdır.
Kitab Andrologiyadan Azərbaycan dilində yazılan ilk dərslikdir. Kitabda kişi sonsuzluğu, kişi və qadın cinsi patologiyaları, onların səbəbləri, patogenezi, Avropa protokollarına uyğun müasir diaqnostika və müalicəsi ətraflı izah olun- muşdur.
Kitab Azərbaycan Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Kitab həmçinin, bu sahə ilə məşğul olan və maraqlanan həkimlər, həkim-rezidentlər və elm adamları üçün də əhəmiyyətlidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

İlham Əhmədov
1981 ci il Nohurqışlaq orta məktəbini əla qiymətlərlə bitirib
1986-1992: Azərbaycan Tibb İnstitutu II müalicə-profilaktika fakültəsi (“Lenin” təqaüdü ilə bitirmişdir)
1992-1999: Azərbaycan Tibb Universitetinin urologiya kafedrası – baş laborant
1999-2011: Azərbaycan Tibb Universitetinin urologiya kafedrası – assistent
2011-hazırki vaxt: Azərbaycan Tibb Universitetinin urologiya kafedrası – dossent
2003-2004: bir illik androloji kurs (İstanbul ÇAPA)
2007-ci il 1iyul-1sentyabr: mikroskopik androloji əməliyyatlar kursu (İngiltərə)
2008-ci il 1iyul-1sentyabr: rekonstruktiv androloji əməliyyatlar kursu (Ankara)
2010-cu il 1iyul-1sentyabr: endouroloji kursu (Konya)
2011-ci il 1iyul-1sentyabr: perkutan nefrolitotomiya kursu (Konya)
RTEA-nın və UASTA-nın professoru
Avrasiya Androloji Konseynin İdarə Heyətinin üzvü,
Avropa Uroloji Cəmiyyətinin həqiqi üzvü
Amerika Seksual Tibb Cəmiyyətinin üzvü
Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri

2000-ci ildə “Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası” mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir.
2010-cu ildə “Erektil Disfunksiyanın diaqnostikası və müalicəsi” mövzusunda doktorluq dissertasiyasının müdafiəsini etmişdir.
50-dən çox elmi məqalənin, 2 metadok vəsaitin, 1 monoqrafiyanın və “Andrologiya” dərsliyinin müəllifidir.
Bu günə qədər Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının xətti ilə təşkil olunmuş 9 illik simpoziumun, 30-dan çox dəyirmi masanın, bir neçə kursun təşkilatçısı və aparıcısı olmuşdur. Daimi olaraq Avropa konqreslərində məruzələrilə və dinləyici qismində iştirak edir.
Hal-hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında və “MedEra Hospitalda” işləyir.