TƏRƏFDAŞLARIMIZ

BİZİM ÜNVAN

Telefon:

(+994 50) 327-10-36

Whatsaap:

(+994 50) 327-10-36

E-mail:

office@arta.az

 

Assosiasiyanın yeni kitabı

Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri t.e.d. İlham Əhmədovun müəllifliyi ilə "Kişi sonsuzluğunun müasir diaqnostika və müalicəsi" adlı daha bir kitab işıq üzu gördü. 

Dərs vəsaitin əsas prioriteti son dövrlərin ən aktual problemi olan kişi sonsuzluğunun oxuculara ətraflı və aydın şəkildə şərh olunmasıdır. Kitabda sonsuzluğa səbəb ola biləcək etioloji faktorlar, xəstəliklər, patoloji vəziyyətlər geniş təhlil olunmuş, sonsuzluğun diaqnostikası və müalicəsində istifadə olunan ən son üsullar haqqında geniş məlumat verilmişdir. 

Kitab tələbə və rezident-həkimlər üçün yazılsa da, bu sahə ilə məşğul olan həkimlər, elmi-tədqiqatçılar üçün də nəzərdə tutulmuşdur.

Xatırladaq ki  dörd ay öncə Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının "Andrologiiya " adlı ilk kitabı çapdan çıxmışdır. Ümid edirik ki hər iki kitab geniş oxucu auditoriyasına öz töhvələrini verə biləcəkdir.