Urologiya və Reproduktiv Təbabət Jurnalı

Uzun sürən çətinliklərdən sonra nəhayət cəmiyyətimizin rəsmi mətbu orqanı olacaq “Urologiya və Reproduktiv Təbabət” jurnalının çapının icazəsinə nail olduq. Jurnalın məqsədi urologiya və reproduktiv təbabət sahəsində aparılmış elmi-tədqiqat işləri işıqlandırmaq, bu sferada çalışan alim və həkimlərin praktik təcrübələri və elmi araşdırmalarını təhlil etməklə, ölkəmizdə uroloji və reproduktiv xəstəliklərin müalicəsinin daha düzgün aparılmasına nail olmaqdır.

Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü, professor Südeyif İmamverdiyev baş redaktorun müavini və elmi katibi isə professor İlham Əhmədovdur.  Redaksiya heyəti və redaksiya şurası isə seçim mərhələsindədir.

Jurnal ildə 4 dəfə nəşr olunacaq. Jurnalda urologiya, andrologiya, habelə ginekologiya, dermatovenerologiya, psixiatriya və endokrinologiya sahələrindəki araşdırmalar, praktikadan müşahidələr və ədəbiyyat icmalları yayınlanacaq.  Məqalələr qəbul olunma ardıcıllığı ilə çap olunacaqdır. Məqalərinizi aşağıdakı qaydalarla qəbul yazmağınız vacibdir:

1. Məqalər Microsoft Word proqramında yazılmış və .doc formatında qəbul olunur.

2. Məqalə standart A4 formatlı vərəqə, Times New Roman şrifti ilə yazılmalıdır. Şriftin ölçüsü 12 olmalıdır. Vərəqin kənarlarında 2.5 sm boş yer saxlanılmalıdır. Bütün vərəqlər səhifələnməlidir.

3. Məqalənin həcmi araşdırma məqalələri üçün 3000 söz, praktikadan müşahidələr üçün 1500 söz, ədəbiyyat icmalları üçün isə 5000 sözdən artıq olmamalıdır.

4.Məqalənin ilk səhifəsində ardıcıllıqla məqalənin adı, yazarın (yazarların) ad, soyad və ata adları, yazarların çalışdığı və ya araşdırmanın aparıldığı qurumun adı, yazarın (yazarların) ünvanları, əlaqə telefonları və e-mail ünvanları yazılmalıdır.

5. İngilis dilində yazılmış məqalələr xaricində bütün məqalələrə ingilis dilində xülasə əlavə olunmalıdır. Xülasədə qısa olaraq çalışmanın məqsədi, material və metodları və tədqiqatın nəticələri haqqında məlumat verilməlidir. Xülasəyə açar sözlər əlavə olunmalıdır.

6. Açar sözlər 5 sözdən artıq olmamalıdır.

7. Orijinal məqalənin tərkib hissəsi aşağıdakılardan ibarət olmalıdır:

a) Giriş                 b) Material və metodlar                              c) Nəticələr                        d) Müzakirə

8. Məqalədə istifadə olunan şəkil və qrafiklər aydın seçilməli, nömrələnməli və başlıqlarla verilməlidir. Şəkillər .jpeg və .tiff formatında qəbul olunur.

9. Ədəbiyyat siyahısı müraciət ardıcıllığı ilə sıralanmalı və nömrələnməli, nömrələr məqalənin mətnindəki nömrələrlə üst-üstə düşməlidir. Ədəbiyyat siyahısı araşdırma məqalələri üçün 10-15, ədəbiyyat icmalları və müzakirələr üçün 50-60-dan çox olmamalıdır.

Yuxarıdakı tələblərə cavab verməyən məqalə redaksiya tərəfindən qəbul olunmur.

Qəbul olunmuş materiallar geri qaytarılmır.

Redaksiya heyətinin məqalələri ixtisar etmək və düzəlişlər aparmaq səlahiyyətləri vardır.