Azərbaycan Androloqlarının II Simpoziumu

Andrologiyanın aktual problemləri

 

Simpoziumun Sədri AMEA – nın müxbir üzvü, prof.İmamverdiyev S.B.

Simpoziumun katibi T.e.n.Əhmədov İ.S.

İdarə heyəti AMEA–nın müxbir üzvü, prof.İmamverdiyev S.B, prof.Abdullayev K, prof.Figarov İ, t.e.n.Əhmədov İ.S.

Dəyərli Məsləkdaşlarım, "Andrologiya ve Reproduktiv Təbabət Assosiasiyası" 24 noyabr 2007 ci ildə yaradılmışdır. Həmin tarixdə Azərbaycan Androloqlarının I Simpoziumu həyata keçirilmişdir. Bu gün isə Azərbaycan Androloqlarının II simpoziumu həyata keçirilir.

Assosiasiyanın fəaliyətinin əsas məqsədi Andrologiya sahəsində tibb elminin öyrənilməsi, bu sahədə yüksək nailiyyətlərin əldə edilməsi məqsədilə xüsusi proqram və layihələrin həyata keçirilməsindən ibarətdir.

Assosiasiya bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir.

  • Tibbin andrologiya sahəsinin daha dərindən öyrənilməsinin təşkilinə kömək etmək;
  • Andrologiya üzrə mütəxəssislərin xarici ölkələrdə təcrübə mübadiləsini təşkil etmək;
  • Kişi sonsuzluğu, kişi və qadın cinsi problemlərinə  səbəb olan amilləri araşdırmaq;
  • Andrologiya sahəsində Azərbaycan üçün uyğun olan proqnozlaşdırma modellərini hazırlamaq;
  • Andrologiya sahəsində elmi nailiyyətləri öyrənmək və onların tətbiqi üzrə təkliflər vermək;
  • İstedadlı tibb xadimlərinə, elmi –pedoqoji işçilərə, tələbələrə maddi və mənəvi yardım göstərmək;

Bu Simpoziumun Azərbaycan Respublikasının Andrologiya və Urologiya ilə məşğul olan həkimlərinə faydalı olacağına əminik.

Simpoziumda birlikdə olmaq diləyilə...

Azerphoto-12

 

Azerphoto-122

 

ARTA -nın idarə heyəti:

Sədr: t.e.n. İ.S.Əhmədov

Baş katib: Dr.F.Məmmədov

Üzvlər:

t.e.n. E.Əfəndiyev

t.e.n. A.Əhədov

t.e.n. V.Hüseynov

uz.d V.İsmayıl

Dr. M.Xəlilov

 

ELMİ PROQRAM

14.00-14.05

Açılış. prof. İmamverdiyev S.B.

14.05-14.15

Sosial proqram çıxışları

ARTA –nın fəxri sədri AMEA –nın müxbir üzvü professor S.B. İmamverdiyevin 70 illik yubileyi münasibəti ilə çıxışlar:

1. Prof .K Abdullayev (5 dəqiqə)

2. Əhmədov İ.S. (5 dəqiqə)

14.15-14.25

Qadınlarda antistress əməliyyatlarından sonra müşahidə olunan seksual pozğunluqların patogenezi. Baxışov Əlimərdan (ATU)

14.25-14.35

Xroniki prostat mənşəli sonsuzluqların diaqnostika və müalicəsinin xüsusiyyətləri. Hüseynov Vaqif (Mingəçevir Şəhər Xəstəxanası)

14.35-14.45

Priapizmin müasir müalicə prinsipləri. İsmayıl Vasif (MKX)

14.45-14.55

Varikoselenin mikroskopik üsulla müalicəsinin başqa üsullardan fərqi. (İnteraktiv) Əhmədov İlham (ATU)

14.55-15.05

Prostatın xoş hiperplaziyasında TURP və Erektil disfunksiya. Xəlilov Mənsur (City Hospital Klinikası)

15.05-15.20

Süni mayalandırma metodları (Dünən, bu gün, sabah) Məmmədov Firdovsi (MKX)

15.20-15.30

Endometrioz və sonsuzluq Mehdiyev Mahir (MKX)

15.30-15.40

Çıxışlar üzrə sual və müzakirələ

15.40-15.50

Fasilə (Kofe breyk)

15.50-15.55

Erektil disfunksiyaya müasir yanaşma. Rzayev Rauf  (M.Nağıyev adına TTYX)

15.55-16.05

Peyroni xəstəliyinin müasir müalicəsi. Əhmədov İlham (ATU)

16.05-16.15

 

Hipospadiyanın cərrahi üsullarla ləğvi. Quliyev Mirzəağa (K.Abdullayevin Klinikası)

 

16.15-16.25

Sonsuz qadının dəyərləndirilmə prinsipləri. Əsədova Gülnarə (10saylı qadın məsləhətxanası)

16.25-16.35

Yaşlı kişilərdə hormonal müalicə. Cəlilov Ceyhun (RKX)

16.35-16.45

Qadın cinsi disfunksiyasının müalicə prinsipləri. Əhmədov İlham (ATU)

16.45-17.05

Fasilə. Kofe breyk. Qapalı iclas (15 dəqiqə) Androloji cəmiyyətin idarə heyəti.

17.05-17.15

Sonsuzluğun dəyərləndirilməsində genetik faktorların rolu. Əliyeva Ülviyyə (MKX)

17.15-17.25

Xroniki prostatitlərdə fizioterapiyanın yeri. Müzəffərova Gülşən (RKX)

17.25-17.35

Kişi sonsuzluğunun alternativ müalicə tədbirləri. Əhədov Hacıkərim (Lənkəran)

17.35-17.45

Şəkərli diabet xəstələrində erektil disfunksiyanın alternativ müalicəsi. Hüseynov Rizvan (Bərdə)

17.45-17.55

Endometriozun müalicəsində laparoskopiya. İsgəndərova Aliyə (Avrasiya klinikası)

17.55-18.00

Çıxışlar üzrə sual və müzakirələr

18.00-18.30

İnteraktiv – Azərbaycanda Androloji xəstəliklərinin müalicəsinin bugünkü vəziyyəti.

 

Təşkilatı dəstək:

Azərbaycan Uroloqlar Assosiasiyası

Andrologiya və Reproduktiv Təbabət Assosiasiyası

Sponsorlar:

So-Pharma