Telefon: | (+994 50) 327-10-36 |
Whatsaap: | (+994 50) 327-10-36 |
| E-mail: |
Azərbaycan Uroloq və Androloqlarının ənənəvi IX simpoziumu 5-7 iyun tarixlərində Azərbaycanın qədim tarixə və əsrarəngsiz təbiətə malik bölgəsi olan Qəbələdə keçiriləcəkdir. Simpoziumun təşkilatçısı Andrologiya və Reproduktiv Təbabət Assosiasiyası, baş sponsoru isə LOQOS Psixoloji və nitq mərkəzidir. Simpozium 2 gün davam edəcək. Keçən olduğu kimi bu il də simpozium Qəbələ Resort Hoteldə baş tutacaq. Simpoziumda 250-ə yaxın uroloq, androloq, ginekoloq, seksapatoloq və dəri-zöhrəvi həkimlərinin iştirakı nəzərdə tutulur. Simpoziumun məqsədi aktual uroloji və androloji problemlərin geniş müzakirəsini aparmaq, yeniliklərlə tanış olmaq və şəxsi təcrübələri paylaşmaqdır.
7-9 iyun tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahi Klinikasında TurkUrolap-ın təşkil etdiyi 32-ci Beynəlxalq Tətbiqi Laparoskopik Urologiya kursu keçiriləcəkdir.
İştirak etmək istəyən həkimlər və sponsorluq etmək istəyən şirkət və firmalar 1 may 2015-ci tarixədək müraciət etsinlər.
Əlaqə telefonları: +994503271036, +994503819111, +994558865040
E-mail: office@arta.az
Simpoziumun siqnal proqramını təqdim edirik. (simpoziumun_tam_proqrami)
Mövzu: A-dan Z-yə Uro-Andrologiya
Simpoziumun sədri: AMEA-nın müxbir üzvü, prof. S.B. İmamverdiyev
Laparoskopik kursun təşkilatçısı: Türk UROLAP
Həmsədr: prof. K.İ.Abdullayev, prof. İ.Fiqarov, prof. Samir Cavadzadə
Elmi katib: t.e.d. İ.S.Əhmədov
(+994503271036, doctor.ilham@hotmail.com)
Iştirakçıların sayı: 300 nəfər
Baş sponsor: LOQOS Psixoloji və Nitq Inkişaf Mərkəzi
Sponsorlar: Welfar, AVİS, GlaxoSmithKline, Ascot, AK- Company, Endomed, Sultan Məcunu, Eurosilicone
Təşkilati dəstək: AUA(SKV), ARTA, ATU, ATU Cərrahi Klinikası, Med Era Hospital
Yayın və media dəstəyi: “Çox Yaşa” TV proqramı
Simpoziumun tarixi və yeri: 5 iyun 2015, “Qafqaz Resort Hotel” Qəbələ
İştirak haqqı: 200 AZN (İştirak, 2 günlük otel rezervasiyası + yeməklər, qala yeməyi, sosial proqram)
Əlaqə: Dr.Elvin: +994 50 381 91 11; Dr. Qabil: +994 55 886 50 40; E-mail: office@arta.az
5 iyun
Bakıdan Qəbələyə çıxış: 16:00 “20 Yanvar” dairəsindən (xüsusi avtobusla və ya şəxsi avtomobillərlə)
Qəbələyə çatma vaxtı və otelə yerləşmə: 19:00 - 19:30
Şam yeməyi: 20:00 - 23:00
6 iyun
Qeydiyyat: 08:30-09:00
Simpoziumun başlanma vaxtı: 09:00
Nahar yeməyi: 13:00 - 14:00
Simpoziumun bitmə vaxtı: 16:00
Futbol və voleybol turniri: 18:00-19:00
Qala yeməyi: 20:00 - 23:00
Diskoteka: 23:00
7 iyun
Sosial program:
Futbol və voleybol turniri (Final)
“Tufandağ”da Kanat gəzintisi.
“Nohurgöl” səfasında çay süfrəsi
“Yeddi gözəl” şəlaləsinə səyahət
Qafqaz Resort Hotel


